Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37020
az

SON DƏQİQƏ! 53 MİLYON MANAT AYRILIR  —  278 min şəxə pul  veriləcək

19:3806 Avqust, 2020
3806
İQTİSADİYYAT
  • A
Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək. 
 
Bu barədə Oxu24.com-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
 
“Ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.
 
Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.
 
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
 
Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ inflyasiya ilə mübarizədə gecikmə elan edib
Türkmənistan qazı Azərbaycan vasitəsilə göndəriləcək
Bu şəxslərin maaşı min manata yaxınlaşıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı