Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov baş nazirin müavini Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib.
Oxu24.COM Komsonolskaya pravda-ya istinadla xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Fərhad Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, tikinti trestlərində mühəndis işləyib.
2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. “Kaustik” QSC, “Soda” ASC, “Başneft” və “Birləşmiş neft-kimya şirkəti” ASC şirkətlərində top-menecer işləyib.
2017-ci ilin yanvarında Başqırdıstan hökumətində baş nazirin müavini təyin olunub.
Fərhad Səmədov Rusiyanın fəxri kimyaçısıdır. Oxu24.com
ŞƏRHLƏR