Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36877
az

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Sabahdan etibarən...

18:3404 Avqust, 2020
853
  • A

Hava ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, avqustun 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İkinci sinif şagirdi vəfat edib
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ! Məhkəmə Əhmədlə bağlı qərar verdi

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama