Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36794
az

İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

17:3003 Avqust, 2020
560
  • A

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonların siyahısından Siyəzən və Şəki rayonları çıxarılıb.

Oxu24.com  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən sonra qeyd olunan rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Yeni qərarla siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Qeyd edək ki, avqustun 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarını əhatə edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İkinci sinif şagirdi vəfat edib
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ! Məhkəmə Əhmədlə bağlı qərar verdi

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama