Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3677
az

Sürücülərə şad xəbər

16:3314 İyul, 2018
1075
CƏMİYYƏT
  • A
 "Bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işləri gecə saatlarında aparılacaq”.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, təmir işlərinin əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub.

"Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yoıunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar daitəsi istiqamətində hərəkər qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub”-deyə, A.Nəcəfli əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı