Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36663
az

"Vaqner" Tovuza gəlir? - Səfirin açıqlamasının şifrələri çözülür

12:4301 Avqust, 2020
2866
ÖZƏL BÖLÜM
  • A
Rusiya ilə Belarus arasında yaşanan “Vaqner” gərginliyinin yeni detalları üzə çıxıb. Yenicag.az xəbər verir ki, Rusiyanın Belarusdakı səfiri Minskdə yaxalanan “Vaqner” özəl hərbi şirkətinin 32 döyüşçüsünün təyyarə ilə İstanbula qaçma planlarının olduğunu açıqlayıb. TASS xəbər agentliyinə açıqlama verən səfir Dmitri Mezentsev “Vaqner” döyüşçülərinin Belarusun daxili işlərinə müdaxilə üçün gəlmədiklərini, buradan İstanbula getməyi planlaşdırdıqlarını və daha sonra üçüncü ölkəyə gedəcəklərini söyləyib. “Hələlik təsdiq edilməmiş məlumata görə, ruslar xaricdə, Belarusda deyil, başqa yerdə enerji infrastrukturunu və qaynaqlarını qorumaq üçün vəzifələndirilən özəl hərbi şirkətin işçiləri ola bilərlər”, – deyə səfir qeyd edib. Maraqlıdır ki, səfirin sözlərində “başqa yerdə enerji infrastrukturunu və qaynaqalarını qorumaq” sözləri diqqət çəkir. Nəzərə alsaq ki, hazırda “enerji infrastrukturu və qaynaqlarını qorumaq” məsələsi dedikdə, Tovuz yada düşür. Bu qrupun Tovuz bölgəsinə gəlmə ehtimalı da nəzərdən qaçmamalıdır. Belə ki, əksər ekspertlər ermənilərin Tovuzu hədəf seçməsində məhz enerji xəttini hədəf götürdüklərini vurğulayırlar. Türk Ordusunun Naxçıvanda təlimlərlə yanaşı Tovuza, bu xəttləri qorumaq üçün Azərbaycan silahlı qüvvələrinə dəstək birliyi göndərəcəyi də vurğulanır. Belə olan təqdirdə, “”Vaqner” enerji xəttini qorumaq üçün çağırılıb, yoxsa ermənilərin Azərbaycan ordusu qarşısında bacarmadığını etmək üçün gəlir?” sualı açıq olaraq qalır. Hər ehtimala qarşı Azərbaycana və Gürcüstana yalnız İstanbul üzərindən hava girişinin olduğunu da nəzərdən qaçırtmamalıyıq. Yəni, səfirin sözlərinin şifrələri hazırda qaynar bölgə sayılan Tovuzu göstərməkdədir. Onu da nəzərə alsaq ki, rus mətbuatı hələ Tovuz döyüşlərinin ilk günlərində türklərin bölgəyə Azad Suriya Ordusunu yeridəcəyinə dair dezinformasiyanı yaymışdı. ASO-nun rəqibi “Vaqner”in bölgəyə soxulmaq istəməsi heç də təəccüblü gəlməməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı