Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36543
az

SON DƏQIQƏ: Mərkəzi Bank qərar verdi

12:2130 İyul, 2020
1725
SON DƏQİQƏ
  • A
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Oxu24.com -un verdiyi xəbərə görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyən edilib. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il 18 sentyabr tarixində ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, AMB-nin uçot dərəcəsinə bu il ərzində indiyədək beş dəfə baxıb. 31 yanvar 2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul edib, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9% və 5.5%). Daha sonra 19 mart 2020-ci ildə AMB uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılıb. 1 may 2020-ci ildə isə uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib. 19 iyun 2020-ci ildə AMB uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib, faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilib. Bu il ərzində faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların 18 sentyabr, 30 oktyabr və 18 dekabr tarixində açıqlanacağı gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyda dəhşət yaşadndı: Terrorçular məhv edildi
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI
"Bandotdel" əməliyyat keçirib: Sayt rəhbərləri tutulub

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var