Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36526
az

Avqust ayında 190 manat veriləcək? - AÇIQLAMA

22:1329 İyul, 2020
991
CƏMİYYƏT
  • A

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək davam edəcək. Avqustun 5-dən sonrakı müddət üçün isə hansı qərarın veriləcəyi hələlik məlum deyil. Hazırda insanları narahat edən əsas məsələlərdən biri də sərtləşdirilmiş karantin rejiminin uzadılacağı təqdirdə işsiz vətəndaşlara 190 manatlıq birdəfəlik ödəmənin verilib-verilməyəcəyi ilə bağlıdır

Oxu24.com E-huquq.az-a istinadən xəbər verir ki,oxucuların bununla bağlı çoxsaylı suallarını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. Qurumun rəsmisi e-huquq.az-a açıqlamasında hələlik bu barədə hər hansı qərarın olmadığını bildirib.

"Bu məsələ haqda danışmaq hələki tezdir. Çünki karantin rejimi ilə bağlı qərar verilməyib. Müvafiq qərar elan edildikdən sonra bu haqda danışmaq olar. Hazırda 190 manatlıq birdəfəlik ödəmənin verilməsinə dair müzakirələr barədə məlumat yoxdur", - deyə F.Talıblı qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı