Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3652
az

Azərbaycan daha bir polisini itirdi: Bu dəfə qəzada

21:2313 İyul, 2018
957
KRİMİNAL
  • A
 Qubada ağır yol qəzası baş verib.

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi yaxınlığında Mercedess markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü Talıbov Vüqar Nazim oğlu həlak olub, sərnişin Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Allahverdiyeva Aygün Əhliman qızı yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə "Hər iki bud sümüklərinin yerini dəyişən sınığı" diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır.

Həlak olan sürücü polis əməkdaşı olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu