“İyul eskalasiyası finala yaxınlaşır, yəqin ki, nisbi sakitlik sentyabrdan sonra pozulacaq”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.
Jurnalist hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “RBK” kanalına verdiyi müsahibədə nəticə çıxarılacaq ciddi məqamlar var:
“Amma müsahibədən çıxan ən ciddi nəticə Rusiya ilə bağlıdır. Rusiya Paşinyanın anti-rus kursunu indiki məqamda tormozlaya bildi. Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil, amma deməyə məcburdur”.
Asəf Quliyev hesab edir ki, bundan sonrakı hadisələr iki istiqamətdə inkişaf edə bilər:
“Birinci – Rusiyanın istədiyi istiqamətə. İşğalda olan ərazilərin bir qisminin qaytarılması və əvəzində əraziyə Rusiya qoşunlarının sülhməramlı adı ilə yeridilməsi.
İkinci – Qərbin istədiyi istiqamətdə. Yəni Dağlıq Qarabağın ermən icmasının prosesə qoşulması ilə danışıqların yeni mərhələsinə başlanılması. Azərbaycan bu halda Dağlıq Qarabağın azərbaycanlı icmasının da prosesə aktiv qoşunlmasını istəyir”.
Oxu24.com
ŞƏRHLƏR