Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36461
az

Yaşı 24-30 arasında olan kişilərin NƏZƏRİNƏ! – avqustun 15-nə qədər…

11:4829 İyul, 2020
1367
ELANLAR
  • A
Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini həyata keçirir. QSC-dən Oxu24.com-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir: • yaşı 24-30 arasında olan kişi və qadın namizədlər; • ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı; • kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə). Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun gələn namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək. İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir. Elektron ərizələr 15 avqust 2020-ci il tarixinə qədər qəbul edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maaşı 5000 manat olan vəzifələrə işçilər axtarılır - VAKANSİYALAR, SİYAHI
Polis bu qızı axtarır  - DİQQƏT!

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var