Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3645
az

Mingəçevirdə şok: Təcili yardım avtomobili xarab oldu, xəstə küçədə qaldı

17:2413 İyul, 2018
1177
KRİMİNAL
  • A
 Bu gün Mingəçevir şəhərində qəribə, eyni zamanda, səhiyyəmiz adına biabırçı olay baş verib.

 Oxu24.com 7news.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində Mingəçevir Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım avtomobili xarab olub və 45 dərəcəyə yaxın istidə xəstəni küçəyə endiriblər. Olduqca pis vəziyyətdə olan xəstə bir neçə dəqiqə şəhərin mərkəzi avtomobil yolunda, qızmar günün altında qalıb. Bu zaman xəstənin halı kritik həddə düşüb.

Yalnız ətrafdakıların müdaxiləsi nəticəsində xəstəni başqa avtomobillə aparmaq mümkün olub. İsti havada bu vəziyyətə düşən xəstənin sonrakı taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq videodan da görünür ki, vəziyyət o qədər də ürəkaçan deyil.

Yerli əhalinin verdiyi məlumata görə Mingəçevir Mərkəzi Xəstəxanasına dövlət tərəfindən milyonlarla vəsait ayrılsa da durum o qədər də ürəkaçan deyil. Məlumatda qeyd olunur ki, TəciliTibbiYardım avtomobilini sürən şəxsin, həkimlərin heç bir günahı yoxdur. Çünki Xəstətana vaxtı-vaxtında avtomobilləri texniki baxışdan keçirmək, yanacaq almaq üçün vəsait ayırmır. Daha doğrusu dövlət vəsait ayırır, sadəcə təyinatı üzrə deyil, şəxsi maraqlara xərclənir. Məhz buna görə Mingəçevirdə bu kimi biabırçı hallara tez-tez rast gəlmək mükündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı