Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36446
az

“İnstagram”da narkotik qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib

19:2628 İyul, 2020
389
KRİMİNAL
  • A

“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı  profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb.

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var