Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36441
az

SON DƏQİQƏ! Ermənistana silah satan İordaniyanın  səfiri XİN-ə çağırılıb

16:0927 İyul, 2020
1114
SON DƏQİQƏ
  • A

Bu ilin 27 iyul tarixində İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dən  verilən məlumata görə, Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.

Görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə, o cümlədən bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib. Nazir müavini, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyda dəhşət yaşadndı: Terrorçular məhv edildi
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI
"Bandotdel" əməliyyat keçirib: Sayt rəhbərləri tutulub

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var