Daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən OXU24.COM -a verilən məlumata görə, sabahdan etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə ( Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.
199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür. Oxu24.com
ŞƏRHLƏR