Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36402
az

Əhaliyə xəbərdarlıq: Sabahdan etibarən...

18:1326 İyul, 2020
1290
CƏMİYYƏT
  • A

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

İyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  30-35, Bakıda  gecə 24-26, gündüz  33-35 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

27 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz  20-25 dərəcə  isti olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var