Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36385
az

Fransalı parlamentarilər Ermənistanın işğalçı siyasətinə son qoyulmasına çağırış edib

21:2425 İyul, 2020
545
CƏMİYYƏT
  • A

Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf yeddi rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.

Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Ermənilərin törətdiyi təxribat nəticəsində 12 hərbçi və bir nəfər mülki şəxs həlak olub.

Eyni zamanda, Fransanın Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi qeyd edilib. BMT TŞ və Baş Assambleyası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş qətnamələrə məhəl qoyulmadığı açıqlanıb.

Müraciətçilər Fransa daxil olmaqla beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsinə çağırıb.

Fransa prezidentindən Minsk qrupunun həmsədri və BMT TŞ-in daimi üzvü kimi təxirəsalınmaz addımlar atılması xahiş olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var