Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36381
az

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

20:2725 İyul, 2020
471
CƏMİYYƏT
  • A

Bəzən insan hiss edir ki, fikrini cəmləşdirə bimir, adi işlərdə tez-tez səhvlər edir, hər şeyi unudur.

Əgər bu vəziyyət sizdə uzun müddət ərzində davam edirsə, mütləq həkimə müraciət edib, lazım olan müayinələrdən keçin. Bəli, bəzən huşsuzluğun səbəbi adi yorğunluq, yuxunun az olması, stress, gərgin iş rejimi, bəzi dərman preparatlarının qəbulu ola bilər. Lakin bəzən huşsuzluq çox ciddi xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu xəstəliklər arasında:

- beyin qan dövranının pozulması. Bu çox ciddi pozulmadır. Bunun səbəbi beyin qan damarlarının aterosklerozu, damarlarda trombların əmələ gəlməsi ola bilər. Bu isə insultun inkişafı üçün çox "əlverişli" şərait yaradır.

- Alsgeymer xəstəliyi. Bu xəstəlik qocalıq kəmağıllılığının əsas səbəbidir. Xəstəliyin gecikmiş formalarında xəstə ətrafdakıları tanımır, ona müraciət etdikdə başa düşmür, adi bacarıqlarını (yemək yemək, paltar geyinmək və s.) itirir. Yaşlı insanlarda huşsuzluq, yaddaşın pozulması bu xəstəliyin ilk simptomlarıdır. Vaxt itirmədən nevropatoloqa müraciət edin. Alsgeymer xəstəliyi müalicə olunmasa da müəyyən müalicənin köməyi ilə onun inkişafını ləngitmək mümkündür.

- depressiya. Bəzən insan depressiyada olduğunu anlamır və depressiyanın simptomlarını yorğunluq, stress və s. ilə əlaqələndirir. Lakin depressiya çox ciddi pozulmadır və bu pozulmanı müalicə etmək olduqca çətindir. Bir çox hallarda müalicə illər ərzində davam edir. Vaxtında müalicə olunmadıqda depressiya daha da dərinləşir, xəstənin vəziyyəti ağır olur. Nəzərə almaq lazımdır ki, bütün dünyada məhz depressiya intiharların əsas səbəbi sayılır. Vaxtında nevropatoloqa və psixoterapevtə müraciət edin.

- qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzinin hormonları orqanizmin bir çox orqan və sistemlərinə, o cümlədən, sinir sisteminə də təsir edir. Bəzi qalxanvari vəzi xəstəlikləri zamanı vəzdə hormonların ifrazı azalır ki, bu da müxtəlif pozulmalara, o cümlədən, huşsuzluğa, yaddaşın pozulmasına səbəb olur.

- beyin şişləri. Huşsuzluq, diqqətsizlik və yaddaşın pozulması beyin şişlərinin ilk simptomlarından ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var