Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3638
az

Prezident Gəncə hadisələrindən danışdı:"Dini şuarlar altında..."

14:3613 İyul, 2018
955
SİYASƏT
  • A
 "Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncə şəhərinin icra hakimiyyətinin başçısı da var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirik".

Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, bu cinayəti törədən terrorçu qruplaşma sabitliyi pozmaq istəyir:

"Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törətmək.

Bu terror aktları dini şuarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh və mərhəmət dinidir.

Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü