Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36313
az

Azərbaycanlının restoranına hücum edən ermənilər SAXLANILDI

00:3825 İyul, 2020
753
CƏMİYYƏT
  • A

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər üzrə Baş İdarəsinin Cənub-Şərqi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsində ölkə paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Oxu24.com “Report”a istinadla xəbər verir ki, tədbirdə Cənub-şərq inzibati dairəsi üzrə Daxili İşlər idarəsini rəisi, general-mayor Sergey Karpov çıxış edib.

O, çıxışında qeyd edib ki, ermənilərin azərbaycanlılara məxsus "1001 gecə" restoranına hücumu ilə bağlı cinayət işi qaldırılıb. Hücumun iştirakçıları və bu təxribatın təşkilatçıları saxlanılıb, onlara qarşı cinayət işi qaldırılıb.

General-mayor vurğulayıb ki, bütün güc strukturlarına belə provokasiyaların qarşısını sərt şəkildə almaq barədə əmr verilib. Və əgər belə hücumlar davam etsə, onda bu, hadisələrdə iştirak edən edən xarici vətəndaşların ölkədən deportasiya edilməsinə gətirib çıxara bilər.

"Tədbirin məqsədi millətlərarası münaqişəyə yol verməmək, onun artmasının qarşısını almaq, heç bir tərəfi, başqasını incitməməkdir. Tədbirdə idarə rəisləri, hakimiyyətin tələbini cəmiyyətə çatdıra bilən hörmətli biznesmenlər iştirak ediblər", - Sergey Karpov “Report”un Rusiya bürosuna deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var