DİN-dən Oxu24.com-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölmüş, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.
Şirvan və Mingəçevir Şəhər Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb. Oxu24.com
ŞƏRHLƏR