Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36265
az

Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

18:4024 İyul, 2020
613
DÜNYA
  • A

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycanla Ermənistan arasında sərhəddəki vəziyyəti müzakirə edib.

TASS bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadla xəbər yayıb.

"Onlar bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən, Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə etdilər”, - deyə o qeyd edib.

Rusiya lideri iclasda deyib:

"Bizim üçün Azərbaycan - Ermənistan sərhədindəki vəziyyət çox həssas məsələdir”.

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Viaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"TikTok" 5 nəfərin ölümünə səbəb oldu
Papanı hədələyənlərin cəzası belə oldu
Qızın dodaqlarından öpən sərxoş general istefa verdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu