Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36248
az

Qaydalar lap sadələşdi – Rusiya vətəndaşlığı almaq belə asan olmamışdı

14:2624 İyul, 2020
1046
DÜNYA
  • A

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması haqqında federal qanun qüvvəyə minib.


Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq istəyən şəxslər əvvəlki vətəndaşlığından imtina etmək məcburiyyətində deyillər və ölkədə əvvəllər tələb olunduğundan daha az müddət yaşayaraq, yeni status almaq üçün müraciət edə bilərlər.

 

İndi vətəndaşlığı olmayan və keçmiş sovet respublikaları ərazisində yaşayan keçmiş sovet vətəndaşlarının Rusiya vətəndaşlığı almazdan öncə üç il Rusiyada yaşaması və qanuni gəlir mənbəyinin mövcudluğunu təsdiqləməsi vacib deyil. Valideynlərindən biri Rusiyada yaşayan və Rusiya vətəndaşı ola , həmçinin rusiyalı ilə ailə qurub oğul-uşaq sahibi olan əcnəbilər üçün də eyni qaydalar keçərlidir.

 

Rusiya pasportu almaq üçün ərizə ilə müraciət edən Ukrayna, Belarus, Qazaxıstan, Moldova vətəndaşları üçün etibarlı oturum icazəsinin olması kifayətdir.

Rusiya universitetlərinin məzunları, artıq üç ildənsonra deyil, ölkədə bir il işlədikdən sonra yeni status almağa iddialı ola bilərlər.


Qeyd edək ki, iyul ayının ortalarında Prezident Vladimir Putin, yetkinlik yaşına çatmış iş qabiliyyətli rusiyalı övladları olan əcnəbilərin vətəndaşlıq alma qaydalarını sadələşdirmişdi. Bundan daha əvvəl, mart ayında isə ukraynalılar və belaruslar üçün Rusiya pasportunun sadələşdirilmiş qaydada alınmasına dair qanun qəbul edilmişdi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı