Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36180
az

Yürüş gecəsi ilə bağlı daha bir qrup şəxs həbs olundu - Video

19:1023 İyul, 2020
546
KRİMİNAL
  • A

İyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin binasına daxil olan şəxslərdən daha bir neçəsi müəyyən edilib. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin məlumatı təqdim edirik:


"Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıblar. Onlar şübhəli şəxs qisimində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar.

Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...
Bakıda seksual manyak PEYDA OLDU: bu binanın blokunda... -VİDEO
Bakıda narkopritonda silahlı insident: polisə müqavimət göstərdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu