Ucarda intihar hadisəsi olub.
APA-nın xəbərinə görə, hadisə ötən gün rayonun Şilyan kəndində baş verib.
Kənd sakini, 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.
Kənd sakinləri T. Nağıyevanın sakit təbiətli insan olduğunu deyirlər. Qadının hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.
T. Nağıyeva müəllim işləyib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR