Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36178
az

Azərbaycan Serbiyadan izahat tələb edir

19:0323 İyul, 2020
488
SİYASƏT
  • A

“Azərbaycanın sərhəddəki yaşayış məntəqələrinə, hərbi qüvvələrimizin mövqelərinə qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir.

Mən Serbiyanın müvəqqəti işlər vəkili ilə görüşdüm. Açıq şəkildə dedim ki, bizdə tam dəqiq məlumatlar var ki, bu, baş verib və Serbiya tərəfi bunu araşdırmalıdır”.

Oxu24.com -un məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, səfirlik vasitəsilə təmaslar davam edir. Artıq qarşı tərəfin müəyyən cavablar verdiyini deyən Xələf Xələfov hazırda Serbiya tərəfindən rəsmi olaraq bu məsələnin araşdırıldığını qeyd edib:

“Biz Serbiyadan həm izahat tələb etmişik, həm də bu addımların atılmasına gətirib çıxaracaq səbəblərin aradan qaldırılmasını istəmişik. Bu, ikitərəfli münasibətlərə toxunan məsələdir. Beynəlxalq hüquqda malların mənşəyi məsələsində bir liberallıq var.

Ancaq silahların mənşəyi məsələsində vəziyyət fərqlidir. Həmin silahın hansı ölkələrə ixrac edilməsi istehlakçı ölkənin nəzarətində olmalıdır”.

Nazir müavini yaxın vaxtlarda rəsmi araşdırmanın başa çatacağını və Azərbaycan tərəfinə cavab veriləcəyini bildirib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı
İlham Əliyev Çernobbio Forumundan paylaşım etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu