Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36172
az

Azərbaycanda ümumi karantin rejimi sentyabrının 15-də bitəcək?- AÇIQLAMA

16:4923 İyul, 2020
682
CƏMİYYƏT
  • A

Son günlərdə Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Qeyd edək ki, iyulun 22-də 391 nəfər koronavirusa yoluxub, 504-ü isə sağalaraq evə buraxılıb. Bu azalma dinamikası davam edərsə sentyabrın 15-nə kimi Azərbaycanda ümumi karantin rejimi bitə bilərmi?

Oxu24.com xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, avqustun 5-nə kimi 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir:

"Son günlərin statistikasına baxanda artıq sərt karantin rejiminin müsbət nəticələrini görə bilərik. Sevindirici hal odur ki, sağalanların sayı yoluxanlardan daha çoxdur. Hazırda pandemiya ilə bağlı vəziyyət yaxşıya doğru gedir.

Amma nəzərə alaq ki, mayın əvvəllərində də yoluxma tendesiyası müsbətə doğru gedirdi. Məhz ona görə karantin rejimində yumşalmalar oldu. Amma yumşalmalardan sonra xoşagəlməz hal ortaya çıxdı. Yoluxmaların sayı sürətlə artdı.

Operativ Qərargah yoluxanların və sağalanların azalma-artma dinamikasını analiz etdikdən sonra qərar verəcək.

Düşünürəm ki, bu dəfə Operativ Qərargah qərar verərkən ötən dövrdə buraxılan səhvləri və digər məsələləri nəzərə almaldır. Bu baxımdan bizim nəsə fikir səsləndirməyimiz doğru olmaz. Bu məsələdə insanlarımızın üzərinə də məsuliyyət düşür. Düşünürəm ki, hər birimiz qoyulan qaydalara əməl etsək normal həyatımıza tez qayıda bilərik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Kəngərlinin yaşadığı binaya xatirə lövhəsi vurulacaq
Azərbaycanda bu qayda dəyişdi - Baş nazirdən QƏRAR
Pensiyalar bu tarixdə ödəniləcək

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu