Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36167
az

"Artıq Rusiya Azərbaycana heç nə edə bilməz, çünki Türkiyə öz sözünü dedi" - Vahid Əhmədov

16:1223 İyul, 2020
622
SİYASƏT
  • A

“Bəziləri ehtiyat edir, amma bunu bilmək lazımdır, artıq Rusiya Azərbaycana heç nə edə bilməz. Çünki Türkiyə dövlət başçısı, XİN rəhbəri, müdafiə naziri öz sözlərini dedilər. Mən də qürurlandım bu mövqeləri eşidəndə. Bunlar hamısı faktdır”.


Oxu24.com  xəbər verir ki, bunu musavat.com-a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə,  Türkiyə heç vaxt imkan verməz ki, yeni torpaq iddiasında olan dövlətlər tərəfindən Azərbaycana hansısa həmlələr edilsin: “Ermənistan kimdir, onun nəyi var? Sadəcə, oyuncaq dövlətdir və Rusiya da ondan istifadə edir, orada baza saxlayır”.

Proseslərin bundan sonrakı gedişatına gəldikdə, V. Əhmədov hesab edir ki, çox ehtiyatlı olmaq lazımdır: “Bu proses bitməyib, sizə açığını deyim. Mən narahatam ki, ruslar yenə də təxribata əl atacaqlar, ermənilərin vasitəsilə müəyyən addımlar atmaq istəyəcəklər. Amma mən çox şad oldum ki, Türkiyə prezidenti belə cəsarətli çıxış etdi, faktiki olaraq dedi ki, əlinizi Azərbaycandan çəkin!

Azərbaycanı açıq və qəti müdafiə edən, bizim yanımızda olan iki dövlət var: Türkiyə və Pakistan. Mən hesab edirəm ki, bu iki dövlətlə ciddi hərbi əlaqələr qurulmalıdır, hərbi müqavilələr imzalanmalıdır və Qarabağı azad etməliyik, başqa çıxış yolumuz yoxdur. Yoxsa ATƏT-dir, BMT-nin qətnamələridir, onlara arxayın olmaq olmaz. Düzdür, bunlar da siyasi cəhətdən vacibdir. Amma ATƏT-in Minsk Qrupu vecsiz bir təşkilatdır, biz onlardan müsbət nəsə gözləmirik. Yaxşı hal oldu ki, ABŞ konqresmenləri Azərbaycanın xeyrinə qərar qəbul etdilər, bu da bizim üçün çox vacib məsələdir. ABŞ ilk dəfə Ermənistanın işğalını tanıdı. Necə ki, Ukrayna, Moldova və Gürcüstanda işğal faktını tanıyırdılar, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal olunduğu Konqres səviyyəsində qəbul edildi”.

Daxildəki proseslərə gəldikdə millət vəkili bu məsələdə xalqın birmənalı şəkildə Ali Baş Komandanın yanında olduğunu vurğulayıb:

“Çünki dövlət başçısının apardığı siyasətdə əsas məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır.

Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı
İlham Əliyev Çernobbio Forumundan paylaşım etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu