Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36128
az

Polad Həşimovun əsgəri general haqqında XATİRƏSİNİ BÖLÜŞDÜ - FOTO

23:1122 İyul, 2020
673
CƏMİYYƏT
  • A

"Doqquz ayın əskəri idim və necə lazımdı xidmət edirdim, heç kimdən qulluqda geri qalmırdım. Bir gün ayağımı "botinka" döyüb yara etmişdi, axsayırdım, təsadüfən Həşimovla rastlaşdım. "Niyə axsayırsan, Bədəlov" deyərək ciddi-ciddi baxdı. İlk öncə onun zəhmindən çəkindim, dilim dolaşa-dolaşa "ayağımı botinka döyüb, komandir" dedim. Üzümə baxdı, "vəndamlılar dözümlü olur, heç nə olmaz" deyərək gülümsəyib getdi".

Oxu24.com xəbər verir ki,bu sözləri Sumqayıt şəhəri, Mikayıl Müşfiq adına 34 saylı orta məktəbin XI A sinfində şəhid General-mayor Polad Həşimovun əsgəri olmuş Roman Bədəlov deyib.

O, generalla bağlı xatirələrini bölüşüb:

"Mən də heç nə demədən gəldim batalyona, öz bölüyümüzə. Axşamüstü saat 5 olardı, mənə xəbər etdilər ki, səni ştaba çağırırlar və özüm də bilmədən, həm də qorxaraq getdim ki, görəsən nə olub. O vaxtlar atam xəstə idi, elə bildim atama nəsə olub. Gəldim ştaba və girdim içəri, dedilər HƏŞİMOV səni çağırır, qapısını döyüb içəri daxil oldum. "Keç əyləş, Bədəlov" dedi. "Baş üstə, komandir" deyib əyləşdim. Mənə məzuniyyət kağızı uzatdı və dedi, "get evinizə, ayağın sağalanda gələrsən". Düzdü, sevindim, amma sevinməyimə baxmayaraq, utanırdım, çünki o mənə dözümlü ol və kişi kimi əsgərlik et demişdi. Məzuniyyət kağızını alıb çıxanda "komandir, sənə kənddən nə gətirim gələndə" deyə sual verdim. Baxdı üzümə, gülümsəyərək dedi: "sağalmış ayağını gətir, başqa heç nə lazım deyil, hə, bir də gətirsən, bir cib findıq gətirərsən".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər