Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36084
az

“Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm" - Siyavuş Novruzov

16:1722 İyul, 2020
1150
MÜSAHİBƏ
  • A

"Ordu rəhbərliyinə ləkə atmaq istəyən adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Prezident ordu rəhbərliyi ilə bağlı öz münasibətini bildirib. Başqa sözə ehtiyac yoxdur:

"Ordumuz tam qətiyyətli şəkildə bütün döyüşlərə hazırdır. Ordunu hazır vəziyyətə gətirən də təbii ki, ordu rəhbərliyidir. İndi ordu rəhbərliyi haqqında ittihamlar səsləndirirlər. Onu kim yazırsa, ordu rəhbərliyinə kim ləkə atmaq istəyirsə, o adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər. Vəssalam".

S. Novruzov bildirib ki, müharibə əmrini yalnız Ali Baş Komandan verə bilər. Bunu da, Milli Məclis təsdiq edir:

"Savadsız ölkədə demokratiya qurmaq mümkün deyil. Bunu deyənlər bisavaddırlar. Müharibə etmək üçün ölkənin Qanunverici orqanı bunu təsdiq etməlidir.

Ali Baş Komandan fövqəladə vəziyyət elan olunanda belə, mütləq parlamentə göndərməlidir ki, təsdiq olunsun. Yəni müharibə qərarını Baş Qərargah rəisi verə bilməz. O, yalnız verilmiş qərarları icra edə bilər".

 

Deputat Baş Qərargah rəisi Nəcməddin Sadıkovun fəaliyyəti haqqında danışaraq onun xidmətini yüksək qiymətləndirib:

"Mən cavan vaxtı Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm. Onunla Laçında, Qubadlıda, Füzuli bölgəsində bir çox döyüşdə birlikdə olmuşuq.

Uzun müddətdir ki, hazırkı vəzifəsini şərəflə yerinə yetirir. Başa düşmürəm ki, bu insandan nə istəyirlər".Mediapost

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla -müsahibə
Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı