Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36041
az

Mərkəzi Bank bağlanan 4 bankda bloklanan əmanətlərin məbləğini açıqladı

19:1721 İyul, 2020
305
CƏMİYYƏT
  • A

“Ləğv edilmiş 4 bankda (“Atabank” , “Amrahbank”, “AG Bank” və “NBC Bank”) əmanətləri qalan vətəndaşların problemi həll olunacaq. Belə ki, bu banklarda depozit qəbuluna qadağa qoyulmasından sonra da əmanət qəbul edilib”.
"Oxu24.com" report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, qanunla həmin əmanətlər sığortalanmasa da, vətəndaşların günahı olmadığına görə qaytarılması üçün işlər aparılır: "Yəqin ki, bununla bağlı iyulun 28-nə qədər Konstitusiya Məhkəməsinin xüsusi iclası keçiriləcək. Ümumilikdə bağlanan banklarda vətəndaşların 80 milyon manatlıq əmanəti bloklanıb".
“Artıq bu sahədə nəzarəti, sığorta mexanizminin sərtləşdirilməsi üçün AMB təkliflər hazırlayıb və ilin sonuna qədər bu məsələ həll olunacaq”, - deyə Alim Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının aprelin 27-də qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər beynin qocalması ilə bağlı mifi darmadağın ediblər
Kişilərin çoxu saçı bu rəngdə olan qadınları SEÇİRLƏR

Rusiya məktəbə getdi -MARAQLI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı