Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36028
az

Uşaq pulunun verilməsi ilə bağlı deputatdan AÇIQLAMA

16:2021 İyul, 2020
597
CƏMİYYƏT
  • A

Müxtəlif vaxtlarda uşaqpulunun bərpası məsələsi gündəmə gəlir. Hətta Milli Məclisin deputatları plenar iclaslarında uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər də irəli sürüblər. Karantin rejimi bitdikdən sonra uşaqpulu yenidən bərpa oluna bilərmi?

Bununla bağlı KONKRETt.az-a danışan deputat Fazil Mustafa bildirib ki, pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar:

“İlk öncə dövlətin imkanları nəzərə alınıb müəyyən addımlar atılmalıdır. Bu gün pandemiyaya görə problemlər daha da artıb. İqtisadi cəhətdən narahatlıq var. Buna baxmayaraq, vətəndaşın vəziyyətini yüngülləşdirilmək üçün bütün variantlara getmək lazımdır. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Çünki vətəndaşın da vəziyyəti çətinləşib.

Pandemiya dövründə xüsusilə işsiz, gəliri olmayan vətəndaşların problemləri artıb.

Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Bütün hallarda məsələlər iqtisadi imkanımıza görə həll edilməlidir. Neftin qiymətinin aşağı düşməsi, müəyyən gəlirlərin azalması narahatedici amillərdəndir. Uşaqpulu məsələsini əvvəl həll etmək imkanı var idi.

Bu məsələni əvvəl həll etsəydik, daha yaxşı olardı. Hər halda pandemiyadan sonra bu məsələ müzakirə olunub, qərar qəbul edilə bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mina qurbanı olan mülki şəxslərin sayı AÇIQLANDI
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti
Havada tozun miqdarı normaya düşüb

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı