Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36020
az

Azərbaycanın Serbiyadakı səfiri tapşırıq aldı

15:1021 İyul, 2020
794
SİYASƏT
  • A

“Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib”.

Oxu24.com-un məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır: “Onlar Azərbaycanın müraciətinə cavab verəcəklər”.

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

Xatırladaq ki, srağagün virtualaz.org “Tovuzu bombalamaq üçün minaatanları Serbiya göndərib, Gürcüstanın köməyi ilə...” sərlövhəli Redaksiya məqaləsi (ttps://virtualaz.org/aktual/165817) dərc etmişdi. Həmin yazıda hərbi mənbələrə istinadən bildirmişdik ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başladığı və dörd gün davam edən xain təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana quru yolu ilə, Gürcüstan üzərindən iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb...

Onu da xatırladaq ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı
İlham Əliyev Çernobbio Forumundan paylaşım etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı