Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36017
az

Gürcüstan Azərbaycan əleyhinə silahı bu yolla Ermənistana keçirib  — XƏYANƏTİ SÜBUT EDƏN FOTOLAR

14:4621 İyul, 2020
5047
REDAKTORUN SEÇİMİ
  • A

Redaksiyamız dost Gürcüstanın xarici siyasət idarəsinin bəyanatı ilə təəcüb içərisində tanış oldu. Çox dərin təəsüflərlə qeyd edirik ki, rəsmi Tbilisinin bəyanatında haqqin.az nəşrinin Serbiyadan minaatan mərmilərinin və Rusiyadan hərbi ləvazimatların Tovuz istiqamətində gedən döyüşlər ərəfəsində Gürcüstan üzərindən Ermənistana daşındığı barədə informasiya şübhə altına alınıb. Bundan əlavə, haqqin.az məqsədli şəkildə dezinformasiya tirajlamaqda günahlandırılıb.

Gürcüstan XİN-in səs-küylü bəyanatından sonra redaksiyamız Azərbaycan və Gürcüstan ictimaiyyətlərinin nəzərinə bəzi faktları çatdırmağa məcburdur. Lakin bununla belə biz istənilən suveren dövlətin xarici siyasət idarəsinin istənilən bəyanatında diqtə edilməli olan diplomatik ənənələrə də anlayışla yanaşırıq.

Xatırladaq ki, iyulun 19-da haqqin.az və virtualaz.org saytları informasiyalı hərbi qaynaqlara istinadən Ermənistana Gürcüstan üzərindən “Qrad” qurğuları üçün launçerlərin, habelə minatanlar üçün Serbiyadan mərmilərin daşınmasına, həmin sursatın daha sonra Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum üçün istifadə edilməsinə dair yazmışdı.

Azərbaycana dost olan ölkənin xarici siyasət idarəsi Rusiyadan quru yolu ilə daşınan, Gürcüstan ərazisində qeydə alınan  və bundan az sonra Ermənistanla sərhədi keçən launçerlərin fotolarını necə şərh edəcək?

Biz səmimi şəkildə ümid edirik ki, bu dəfə faktlar gürcü diplomatları üçün mübahisə doğurmayacaq, çünki fotoda əks edilən hərbi texnikanın harada qeydə alındığı Gürcüstanda yaşayan adamlarda şübhə doğurmamalıdır. Və cəmi bir neçə saat sonra həmin döyüş texnikası dövlət sərhədini keçir və Azərbaycana düşmən ölkənin ərazisinə keçir.

İndi isə Serbiyadan Gürcüstana hava yolu ilə çatdırılan minatan mərmiləri barədə.

Gürcüstan tərəfinin nəzərinə çatdırırıq ki, ABŞ və NATO-ya dost ölkənin ərazisinə bu sursatı Slobadan Tesiç adlı məşhur kriminal silah alverçisi çatdırıb. O, “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyaları altındadır. Redaksiyamızın sərəncamında olan sənədlərə əsasən minatan mərmiləri qismində yükü göndərən Serbiyanın Vectura Trans D.O.O. şirkətidir. Şirkət Narodnih Heroja 16, 11070, Belgrade ünvanında qeydə alınıb, alıcı qismində isə Ermənistanın Müdafiə Nazirliyi göstərilir. Qeyd etmək lazımdır ki, “Vectura Trans” şirkəti də “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyası altındadır.

 

Sursat Serbiyanın Niş şəhərindən MDB respublikalarından birinin aviaşirkəti vasitəsilə göndərilib.

Slobadan Tesçiçin adı “The Moscow Post” nəşrində rusiyalı jurnalistlərin digər silah alverçisi, Rusiyada axtarışda olan David Qalstyan barədə araşdırmasında rast gəlinir. Tesiç və Qalstyan partnyorlardır, bu da Serbiya hökuməti üçün sirr deyil.

Təəsüf ki, obyektiv səbəblərdən redasiyamız Gürcüstan üzərindən Ermənistana daşınan minaatan mərmiləri barədə daha detallı informasiya açıqlaya bilməz. Biz ancaq onu vurğulaya bilərik ki, Gürcüstan hökuməti ABŞ-ın sansiyaları altında olan şəxslərin Ermənistana silah-sursat daşımasına icazə verib.

Bu baxımdan ümid edirik ki, Gürcüstan XİN indi təqdim edilən faktlara aydınlıq gətirəcək və izahat verəcək.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı