Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35970
az

Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına bildirən şəxs edam olundu

20:4620 İyul, 2020
510
DÜNYA
  • A

İranlı general Qasim Süleymaninin ölümündə təqsirli hesab olunan Mahmud Musəvi Məcd bu gün edam olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Ali Məhkəməsi Mahmud Musəvi Məcdin edamını təsdiqləyib.

İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Esmaili Musəvi Məcdin MKİ və Mossad kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini və pul qarşılığında İranlı silahlı qüvvələri, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) hərbçilərinin məlumatlarını toplayaraq xarici kəşfiyyat qurumlarına ötürdüyünü bildirib.

Q.Esmailinin sözlərinə görə, Musəvi Məcd İranın İnqilab Məhkəməsinin qərarı ilə edama məhkum olunub.

Qeyd edək ki, 3 yanvarda ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaponiya Belarusa etiraz göndərdi
Almaniya XİN rəhbəri İsrailə səfər edib

Türkiyənin qarşısına ŞƏRT QOYULUB: "Ankara Aİ-yə üzvü olmaq istəyirsə..." -Lavrov AÇIQLADI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı