Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35957
az

“Arzuladım ki, əli-ayağı olmasa da sağ olsun, çiynimdə daşıyım” - VİDEO

19:4920 İyul, 2020
911
CƏMİYYƏT
  • A

İyulun 14-də Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallı ölümündən 5 gün əvvəl ailə üzvləri ilə birgə ad gününü qeyd edibmiş. O, həmin ərəfədə məzuniyyətə çıxmalı olsa da, gərgin döyüşlərə görə istirahətini təxirə salıb.

Oxu24.com xəbər verir ki, bunu qafqazinfo-ya şəhidin ailə üzvləri deyib. Onların sözlərinə görə, 25 yaşlı İlqar döyüşə gedəndə sevdiyi qızla da danışıb. Evinə dönən kimi ona yazacağını söz verib. Amma bu gedişin dönüşü olmayıb...

Şəhidin qardaşı Sənan Zeynallı deyir ki, xəbər ona çatanda İlqarı yaralı görməyi arzulayıb: "Düşündüm ki, kaş yaralı olardı. Əli-ayağı olmayaydı, onu çiynimdə daşıyardım, amma bilərdim ki, canı üstündədir".

İlqarın hərbçi olmasını, bu yolu seçməsini atası Ayaz Zeynalov istəyib. İndi onun yoxluğundan danışmaq Ayaz bəy üçün hər nə qədər çətin olsa da, ata məğrurluğunu itirmir, "Biz vətən üçün övlad böyütmüşük" deyir.

Şəhidin Tovuzun Cəlilli kəndindəki evindən hazırladığımız videreportajı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər