Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3587
az

Kafedə rəqqasəyə görə qan töküldü - “Malış” və dostu barmaqlılqlar arasında

18:4011 İyul, 2018
906
KRİMİNAL
  • A
  Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

OXU24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, tərəfindən törədildikdə) maddəsinə tövsif edilib.

Həsən Ağayev 9 il və Elvin Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

İstintaq orqanı tərəfuindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilmişdi.

İttihama görə, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib.

Kafedə rəqs üstündə yaranmış münaqişə qanla olayla nəticələnib.

Məlum olub ki, həmin zaman kafedə Fatma Abdullayevanın rəqs etməsinə Tofiq Mehtiyev irad bildirib.

Bundan əsəbləşən Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyev Tofiq Mehtiyevi bıçaqlayıblar.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Elvin Əliyev dostları arasında “Malış” ləqəbi ilə tanınır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda AĞIR QƏZA: xəsarət alanlar var
Bakıda avtomobil partladı -Xəsarət alan var
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Polisin “saxla” əmrinə tabe olmadı- 15 günlük həbs edildi