Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35865
az

Ağdaşda ər arvadını atası evində öldürüb

16:0419 İyul, 2020
644
KRİMİNAL
  • A

Ağdaş rayonunda ər arvadını bıçaqlayaraq qətlə yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün rayonun Nehrəxəlil kəndində baş verib.

Rayonun Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elburus qızını bıçaqlayıb. Səkkiz bıçaq xəsarəti alan Nuranə Səttarova dünyasını dəyişib.

Yerli sakinlərinin sözlərinə görə Nuranə 2012-ci Tofiqi kəndinə gəlin gəlib. Bir həftə öncə ər və arvad arasında münaqişə olub. Bundan sonra Nuranə Səttarova Nehrəxəlil kəndində yaşayan atasının evinə gedib. Bu gün günorta saatlarında Tural Səttarov qayınatasıgilə gedərək yenidən həyat yoldaşı ilə dava edib və onu bıçaqlayıb.

Üç uşaq anası olan Nuranə Səttarova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı
Başqalarının maşınlarını "satış"a çıxaran şəxs saxlanıldı
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı