Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3586
az

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

18:1811 İyul, 2018
1469
KRİMİNAL
  • A
Gəncədə baş verən hadisənin dəhşəti hamını sarıb: hamı polisə hücum çəkən və zabiti öldürən şəxsi də, olayları da lənətləyir.

Amma bir neçə sual açıq qalır: yüksək çinli zabitlər niyə provokatorların, soyuq silahla silahlanmış terrorçuların içində olmalıydı? Niyə son anda belə polis onu qətlə yetirənlərə qarşı silahdan istifadə etmədi?

Bu haqda rəsmi cavablar yoxdur, ancaq ehtimal və hadisədən yayılan görüntülər əsasında müşahidələrimizi qeyd edə bilərik.

Əvvəla, Azərbaycanın həddən artıq hazırlıqlı, ən müasir avadanlıqlarla təchiz edilən və xüsusi təlim görmüş peşəkar daxili qoşunları var. Gəncə polisi iyunun 10-da provokatorların necə hazırlaşması və pozuculuğu hansı şəkildə həyata keçirəcəyi haqda əvvəlcədən məlumatlı olduğu halda, xüsusi formada olan və qanunsuz mitinqlərin dağıdılmasında istifadə edilən peşəkar qrupdan istifadə etmədi.

İkinci, ora toplanan azsaylı dəstənin içərisinə Gəncədə və polis orqanlarında xüsusi nüfuz sahibi olan zabitlər girdi.

Bu, kimliyindən, hətta provokator olmasından belə asılı olmayaraq, Azərbaycan polisinin Azərbaycan vətəndaşına sərgilədiyi münasibət idi. Xüsusi hazırlanmış qrup və maşınlarla bir neçə dəqiqə ərzində o təxribatçıları zərərsizləşdirmək su içmək qədər asan olduğu halda, Azərbaycan polisi gərginlik yaratmamaq, aqressiya nümayiş etdirməmək yolunu tutdu.

Zabitlər, vəzifəli polis məmurları buna görə orda toplanan provokatorların arasında idilər: həm də bir ağsaqqal kimi, böyük kimi toplaşanları dağılmağa, qanuna riayət etməyə dəvət edirdilər.

Müşahidə etdiyimiz digər məqam isə daha dəhşətlidir. İki polis zabiti hamının gözü qarşısında bıçaqlanır və qətlə yetirilir, nə öldürülən zabitlər, nə də ordakı digər polis zabitləri tabel silahına əl atıb, qatilləri hətta yaralamırlar da!

“Niyə polis ona qarşı hücum çəkənə silah tətbiq etməyib” sualının cavabı adamı sadəcə dəhşətə gətirir: Polis öz intusiyası, ya da əvvəlcədən təlimat əsasında hadisələri qızışdıracaq, provokatorlara əlavə təbliğat, “xalqa atəş açdılar” qarayaxmasına əsas verməmək üçün silah çıxartmadı, qatilləri öldürmək deyil, yaralamaq barədə də düşünmədi.

Azərbaycan polisi faktiki olaraq, özünü qurban verməklə sabitliyi qorudu, silahdan istifadə etməməklə xalqı qızışdırmaq üçün güdükdə duran provokatorlara şans vermədi...

Təkrar edirəm, məhz özünü qurban verməklə bütün bunları etdi və bu gün məhz Azərbaycan polisinin özünü qurban verməsi, fədakarlığı sayəsində əks tərəfin təbliğat maşını məhv olub, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edə bilir, dövlətin əlində elə bir ədalətli rıçaq var ki, heç nə ilə təkzib edilə bilməz.

Ona görə o polislərimiz qəhrəmandır, o zabitlərimiz şəhiddir: Gəncəni xaosdan, düşmən provokasiyasından öz canı ilə qorumağın başqa nə adı ola bilər?

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı