Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35815
az

Hansı günahlar bağışlanmır?

20:2718 İyul, 2020
501
CƏMİYYƏT
  • A

Şeyx Hüseyn Ənsarian buyurur: "Allah rəhmətindən ümidsüz olmaq - ən böyük günahlardandır. Hər nə ki, insanın ümidsiz olmasına səbəb olar - onu Allahın rəhmətindən uzaqlaşdırar.

Allah Təala bunu kafirlərin sifəti kimi tanıtmışdır: "Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).

Hər kim günah işlədər - əgər naümid olmasa, tövbə edər və Allahdan bağışlanma istəyər. Ancaq məyus insan tövbəni unudar. Çünki bağışlanmasına ümidi olmaz.

Uca Allah Qurani-Kərimdə özünü tövbələri qəbul edən kimi tanıtmışdır: "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur". ("Şura" 25).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala buyurur ki, bütün günahlar bağışlanandır, Allahın rəhmətindən məyus olmaq olmaz. Ancaq mühüm olan - tövbə tövfiqinə malik olmaqdır. Günahdan peşman olmaq, ona geri qayıtmamaq üçün qəti qərar vermək, əzm göstərmək - bunların hamısı tövbə tofiqatının əlamətləridir.

Allah Təbarəkə və Təala bütün günahları bağışlayar, haqqun-nasdan başqa. Hər kim haqqun-nasın bağışlanmasını istəyirsə, gərək həm tövbə etsin və həm də həmin şəxslərdən halallıq alsın.

Cabir Ənsari nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: "Bir qadın öz uşağını əli ilə öldürmüşdür. Onun üçün tövbə vardırmı?".

Həzrət (s) buyurur: "And olsun o kəsə ki, Muhəmmədin (s) canı onun əlindədir. Əgər o qadın 70 peyğəmbəri öldürsə belə, amma peşman olsa və tövbə etsə, Allah Təala tövbəsini qəbul edər. Günahlarını əfv edər. Həqiqətən günahından tövbə edən o kəs kimi olar ki, günah etməmişdir".

Beləliklə deyə bilərik ki, Rəhim və Rəhman Allah tövbələri qəbul edəndir. Hər kim Allahın rəhmətindən məyus olarsa, böyük günah etmiş olar. Bu insan tövbə tofiqatından məhrum olar. Allah Təala buyurur ki, əgər günahına görə peşmansansa və tövbə edirsənsə, Mən həmin tövbəni qəbul edərəm. Ancaq gərək Mənim rəhmətimdən məyus olmayasan...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər beynin qocalması ilə bağlı mifi darmadağın ediblər
Kişilərin çoxu saçı bu rəngdə olan qadınları SEÇİRLƏR

Rusiya məktəbə getdi -MARAQLI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı