Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35766
az

Bu səhər küçəyə çıxmayın - XƏBƏRDARLIQ

09:4518 İyul, 2020
900
REDAKTORUN SEÇİMİ
  • A
Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində mövcud xüsusi karantin rejimi dövründə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə Bakının bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilməkdədir. Oxu24.com xəbər verir ki, Bakı şəhəri də daxil olmaqla ölkənin 16 şəhər və 6 rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 18-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti – 8-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Axşamadək mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Ənənəvi olaraq Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyilə gün ərzində keçiriləcək bu dezinfeksiya işlərində fəal iştirak edirlər. Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan 11 mindən çox yaşayış binasında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər. Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər. Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür. Lakin onlar köməkçi xarakter daşıyır. Ən vacib olanı ondan ibarətdir ki, vətəndaşlarımız özləri müvafiq gigiyenik qaydalara riayət etməlidirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...