Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35722
az

Dənizə getmək istəyənlərin nəzərinə — AÇIQLAMA

18:5917 İyul, 2020
555
CƏMİYYƏT
  • A

“Son gündə koronavirusa yoluxanların sayında sabitləşmə var, bu da sevindirici haldır. Dünən xəstəliyə yoluxma 493, sağalanların sayı isə 561 nəfər təşkil edib. Bu yaxşı göstəricidir, bu sabitliyi qorumaq, onu nəzarətdə saxlamaq üçün ciddi karantin rejiminin uzadılması vacibdir”.


Oxu24.com   bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev sərt karantin rejiminin uzadılması məsələsinə münasibət bildirərkən deyib. O, yaxın zamanlarda yoluxmanın daha da artacağının qaçılmaz olduğunu da qeyd edib.


“Son hadisələr insanların toplu şəkildə yığışması, heç bir karantin qaydalarına riayət etməmələri xəstəliyin yayılmasına münbit şərait yaratdı. Çox güman ki, orada toplaşan insanların bir çoxunda bu simptomlar var idi, bu da kütləvi şəkildə  virusun yayılmasına səbəb ola bilər. Bir müddətdən sonra bu özünü büruzə verəcək”.


Baş infeksionist  yay fəslində insanların günəşdən, dənizdən D, E vitamini qəbul etməsinin, bunun  immun sisteminin möhkəmlənməsi məsələsinə də fikir bildirib. O, insan immun sisteminin möhkəmlənməsində əsas rolun qidalanmasının olduğunu deyib.


“İnsanın immun sisteminin gücləndirilməsində əsas faktor qidalanmaqdır. Bunun üçün rasionumuzda meyvə-tərəvəzlə zəngin qidaların olması vacibdir. Təbii ki, D vitaminin qəbulu bu prosesdə mühüm rol oynayır. Məgər, biz koronavirus olmadığı dövrdə gündə dənizə gedirdik?.. Bu məsələ bir az mübahisəlidir. Çünki insanlar sahildə toplu şəkildə yığışacaq, burada da yoluxma təhlükəsi yaranacaq. Mən hesab edirəm ki, bu situasiyada daha diqqətli olmalıyıq. Bu məsələnin mənfi və müsbət tərəfi dəqiqliklə araşdırılmalıdır. İnsanlara dənizə getməkdən çəkinmələrini tövsiyə edirəm”.


Daha sonra C.İsayev karantin qaydalarına riayət etməklə xəstəliyin tam nəzarət altına alınmasının mümkünlüyündən də danışıb.


“Xəstəliyin sabitliyini qorumaq biz insanlardan asılıdır. Onlar karantin qaydalarına (tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına əməl) əməl etsələr xəstəlik müəyyən qədər nəzarət altına alına bilər. Düzdür, yoluxmanın qarşısı tam alına bilməz, ancaq müəyyən stabilləşmə yaranacaq. İnsanda bu xəstəliyə qarşı immun sisteminin yaranması tədricən xəstəliyi zəiflədəcək və onun təhlükəli təsiri itəcək. Biz verilən tövsiyələrə səbirlə əməl etsək, tezliklə müsbət nəticələrə nail ola bilərik”, - deyə o, fikrini tamamlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetlərə qəbul olunanların nəzərinə: Qeydiyyat müddəti uzadıldı
Şənbə günü hava necə olacaq?
"Yeni iqlim strategiyasının hazırlanması üçün işlər aparılır" - Muxtar Babayev

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı