“Burson Marsteller” şirkəti yeni “Twiplomacy 2018” siyahısını yayımlayıb. Siyahı hazırlanarkən dövlət başçılarının tvitter və periskopdakı aktivliyi ölçülüb.
Oxu24.com xəbər verir ki, siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk sırada yer alıb.
Ərdoğanın rəsmi prezident hesabı və şəxsi hesabı periskopdakı aktivliyi və operativliyinə görə birinci olub.
Araşdırma zamanı 951 sosial hesab incələnib. Nəticələrə əsasən, ABŞ prezidenti Donald Tramp tvitter kateqoriyasında 52 milyon izləyici ilə birinci olub.
Trampı 47 milyon izləyici ilə Papa Fransis və şəxsi hesabında 42 milyon, rəsmi hesabında 27 milyon izləyicisi olan Hindistanın baş naziri Narendra Modi izləyib. Oxu24.com
ŞƏRHLƏR