Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35717
az

Məhəbbət Vəliyeva təhsil naziri təyin olundu

18:0517 İyul, 2020
973
SİYASƏT
  • A
K Dünən ölkə Prezidenti İlham Əliyev sərəncamı ilə Ceyhun Bayramov Xarici İşlər naziri təyin olunduqdan sonra Təhsil naziri vəzifəsi boş qalıb. KONKRET.az xəbər verir ki, artıq bu vəzifəyə namizəd təsdiq olunub, sadəcə rəsmi sərəncam gözlənilir. Etibarlı mənbənin verdiyi məlumata görə Prezident bu gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanı qəbul edib və nazir vəzifəsinə təsdiq edib. Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenkodan ŞOK XƏBƏRDARLIQ -Zelenskini onlar aradan götürəcəklər
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başladı
İlham Əliyev “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...