Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35550
az

Həlak olan Ağdam sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər - FOTO

20:1915 İyul, 2020
620
CƏMİYYƏT
  • A

"Atamla telefonla danışandan təxminən yarım saat sonra onu ermənilər vurdu".

Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında iyulun 14-də erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində həlak olan kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun qızı Zərnişan Gözəlova deyib.

Onun sözlərinə görə, həmin gün səhər saatlarında atası ilə danışarkən ermənilər kəndi atəşə tutub: "Bir müddət əvvəl oğlumla gəlmişdik atamın yanına, onunla qalırdıq. Ayın 12-də ermənilər təxribata əl atanda dedim gəl gedək bizə, getmədi.

Dedi evimi atıb heç yerə gedə bilmərəm. Biz ayın 12-də gəldik evimizə. Ayın 14-də səhər saat 8-də atamla danışdım. Dedi ermənilər yenə atırlar. Biz danışanda sakitlik idi, danışa-danışa birdən səslər eşidildi. Atamla sağollaşdım, dedim özünü gözlə, dedi narahat olma. 9-un yarısında bacım zəng vurdu ki, atam telefonu açmır. Məlum oldu ki, mən danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atam həlak olub".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı
İsrail paytaxta HÜCUM ETDİ -Ölənlər var

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır