Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35500
az

Yaralı hərbçilərimdən düşmənə şok mesaj: Qayıdırıq...(VİDEO)

13:1015 İyul, 2020
1785
  • A

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir.

Oxu24.com  xəbər verir ki, "Real" televiziyası yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb. 

Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: "Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daimi hərbçilərin vəziyyəti ilə maraqlanır”.

Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: "Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar". 

Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər. 

"Yaralandığıma görə çox təəssüf edirəm, yoldaşlarımı tək buraxdım. Tez sağalıb cəbhəyə qayıtmaq istəyirəm. Əhval-ruhiyyəmiz çox gözəldir" - yaralı əsgərlərdən biri bildirib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş Prokurorluq açıqlama yaydı
Sonuncu kurs tələbəsinin meyitiTAPILDI
Bakıda güclü partlayış baş verib - SON DƏQİQƏ

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü