Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35463
az

Tovuzda silahlar susmur, evlər viran qoyulur - Fotoreportaj

20:5014 İyul, 2020
397
CƏMİYYƏT
  • A

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı mülki şəxslər hədəfə alınıb. 

Oxu.Az-ın təmas xəttinə ezam olunan əməkdaşı xəbər verir ki, Tovuzun Dondar Quşçu kəndində sakinlərin evlərinə zərər dəyib. 

Telarə Əliyevanın evinə mərmi düşüb. Evdə yaşayanlar deyir ki, hadisə iyulun 14-də günorta saatlarında qeydə alınıb. Artilleriya atəşi nəticəsində ev tamamilə yararsız hala düşüb. 

Telarə Əliyeva bildirir ki, günorta saatlarında mağazaya gedib və 10 dəqiqə sonra evlərinə mərmi atılıb. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Zərbə nəticəsində qonşuluqda yerləşən, Rəna Əliyevaya məxsus ev də ziyan görüb. Kənd sakinlərindən Şahin Abdıyev də hədəfin qurbanlarındandır. Həyətə düşən mərmi onun evini dağıdıb. İyulun 13-də isə kənd sakini Mahir Sadıqovun evi zərər görüb. Hazırda kənddə nisbi sakitlikdir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 yaşlı qadının sirri - Pivə içir
Yerkökü suyunun bilmədiyimiz faydaları
Elçin Turabov vəfat etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...