Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35441
az

Koronavirus pandemiyasını həyatının ən gözəl hadisəsi adlandırdı

18:5414 İyul, 2020
710
DÜNYA
  • A

“Reddit” istifadəçisi “forgive_my_brain” koronavirusu həyatında baş verən ən mükəmməl hadisə adlandırıb.

Bu barədə Oxu24.com xəbər yayıb.

Məlumata görə, bu sözləri yazan gənc özünü həmişə çox eybəcər hesab etdiyini deyib. O, maska taxmağa başlayandan sonra daha özündən utanmadığını vurğulayıb.

“Eybəcər üzümə maska taxdığım üçün nə qədər xoşbəxt olduğumu sizə anlada bilmirəm. İnsanlar içində özümü heç vaxt olmadığı qədər əmin hiss edirəm. Mən hətta gözəl qızla salamlaşa, o isə mənim eybəcər üzümü görmədiyi üçün salamımı ala bilər”, - deyə, o yazıb.

Gənc bildirib ki, ömrünün sonuna qədər maska taxa bilər. Çünki onunla həyatı tamam dəyişib və daha gözəl olub.

Şərhlərdə bir çoxları məsələnin müəllifin gizlətdiyi üzündə deyil, maska taxarkən hiss etdiyi əminlikdə olduğunu bildirib.

“İnsanların özünə münasibəti onların cazibəsinə çox güclü təsir göstərir”, - deyə, istifadəçilərdən biri bildirib.

Bəziləri isə gəncə özünə çox qınaqla yanaşmamasını və özünü eybəcər hiss etməməsi barədə tövsiyələr veriblər.

“Eybəcərlik haqqında hər kəsin öz meyarları var və bu, həmişə xarici görünüşlə əlaqədar olmur”, - deyə, digər istifadəçi bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Latviya Parlamentinin sədri Azərbaycana gəldi
Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO