Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35399
az

Pakistandan Azərbaycana böyük dəstək: Ermənistan bu bəyanatdan qorxuya düşdü

12:3414 İyul, 2020
12149
REDAKTORUN SEÇİMİ
  • A

“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.

Oxu24.com -un  məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, - deyə bəyanatda vurğulanır. 

Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir:

“Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı