Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35272
az

SON DƏQIQƏ: Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi

00:1213 İyul, 2020
12620
REDAKTORUN SEÇİMİ
  • A
Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Demokrat.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb. Tovuzdan olan jurnalist Siyavuş Əmirli isə Azərbaycan Ordusunun ermənilərin daha bir postunu ələ keçirdiyini bildirib: "Daha bir sevindirici xəbər .Tovuz rayonu istiqamətində düşmənə ağır zərbələr endirən Azərbaycan ordusu Tavuş rayonunun Movses kəndi ərazisində Ermənilərin daha bir postunu ələ kecirdib. Movses kəndi Tovuzun Əlibəyli kəndi ilə həmsərhəddir. Yaşa mənim ordum!" Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Ermənistan mediasında və sosial şəbəkələrdə yer alan məlumatlarda isə Azərbaycan Ordusu tərəfindən 31 erməni hərbçisinin məhv edildiyi yazılıb. Onlardan 7-nin zabit olduğu deyilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!